Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:21

Trump Putinlə o vaxta qədər görüşməyəcək ki…


Donald Trump (sağda) və Vladimir Putin

Moskva Krım yaxınlığında ələ keçirdiyi Ukrayna gəmiləri və dənizçilərini buraxmayınca ABŞ Prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putinlə görüşməyəcək. Bunu Birləşmiş Ştatların Milli təhlükəsizlik müşaviri John Bolton deyir.

Gəmilər və dənizçilər buraxılmayınca yaxın gələcəkdə belə bir görüşün keçirilməsinə şərait görmürəm”, – Bolton dekabrın 13-də jurnalistlərə deyib.

Rusiya noyabrın 25-də Qara Dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Kiyevin 3 donanma gəmisini və 24 dənizçisini ələ keçirib.

John Bolton
John Bolton

Moskva gəmilərin Krım region yaxınlığında Rusiyanın ərazi sularına qanunsuz girdiyini iddia edir. Rusiya Ukraynanın Krım regionunun 2014-cü ildə ilhaq edib.

Ukrayna və BMT üzvləri bu ilhaqı tanımayıb.

NATO Ukrayna donanmasına dəstəyini bildirib. Baş katib Jens Stoltenberg dekabrın 13-də deyib ki, “Rusiya ələ keçirdiyi dənizçiləri və gəmiləri dərhal buraxmalı, Ukraynanın Azov dənizindəki limanları daxil olmaqla, hərəkət azadlığına imkan verməlidir”.

“Bu, Rusiyanı sabitsizlik yaratma davranışının bir hissəsidir. Rusiyanın Krımı qanunsuz ilhaq etməsini güclü şəkildə pisləyirik”, – Stoltenberg söyləyib.

Putinlə Trump məsələni dekabrın 1-də Argentinada Böyük 20-liyin sammitində müzakirə edib. Bunu Kreml bildirib.

Trump sammit ərəfəsində elan edib ki, Kerç boğazındakı insidentdən dolayı Putinlə rəsmi üzbəüz görüş keçirməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG