Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

İslamçı yaraqlılara yarım milyon dollar göndərdikləri deyilir


Rusiyada yaraqlılara qarşı reyd, arxiv fotosu
Rusiyada yaraqlılara qarşı reyd, arxiv fotosu

Rusiya hüquq-mühafizə orqanları yeddi nəfəri Yaxın Şərqdə iki ekstremist təşkilata maliyyə dəstəyi verməkdə şübhəli bilərək saxladığını bildirir.

Rusiya İstintaq Komitəsi dekabrın 13-də bildirib ki, şübhəlilər Moskva regionunda və Şimali Qafqazın Çeçenistan, Dağıstan və İnquşetiya regionlarında saxlanıb.

Onlar İslam Dövləti (İŞİD) və Al-Nusra Cəbhəsi qruplaşmalarına 2010-cu ildən 2016-cı ilədək azı 38 milyon rubl (570 min dollar) göndərməkdə şübhəli bilinirlər.

Federal Təhlükəsizlik Xidməti (FSB) yeddi şübhəlinin İstintaq Komitəsi və Milli Qvardiya ilə birgə əməliyyat nəticəsində saxlandığını deyir.

Dekabrın 13-də İnquşetiya hakimiyyəti ötən gecə iki şübhəli terrorçunun öldürülməsi haqda məlumat yayıb. Onlardan biri Nazranda polisə qumbara atıbmış.

Hücum zamanı iki polis əməkdaşının yaralandığı vurğulanır.

Şimali Qafqazda zorakılıq halları tez-tez baş verir. Son vaxtlar islamçı yaraqlılar polisə, dövlət qulluqçularına, mötədil müsəlmanlara hücumları artırıblar.

2015-ci ilin iyunundan Şimali Qafqazdakı islamçı yaraqlılar İnternetdə yaydıqları videoda İŞİD-ə sadiqlik andı içiblər.

Rusiya 2 min vətəndaşının Suriyada İŞİD sıralarında döyüşdüyünü bildirir. Onların çoxu Şimali Qafqazdandır.

Regionda qanlı hadisələrin tez-tez baş verməsində mütəşəkkil cinayətkarlığın, biznes müharibələrinin, siyasi mübahisələrin, klanlararası rəqabətin də rolu var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG