Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:06

Ankarada qatar qəzasında azı yeddi nəfər həlak olub


Hadisə yeri

Türkiyənin paytaxtı Ankarada yüksək sürətli Qatar qəzaya düşüb, azı yeddi nəfər həlak olub, 46 nəfər yaralanıb.

Ankaranın qubernatoru Vasip Sahin jurnalistlərə deyib ki, qatar eyni relsdə rutin yoxlama aparan lokomotivlə toqquşub. Hadisə bu gün – dekabrın 13-də səhər baş verib.

Yaralılardan üçünün durumunun ağır olduğu bildirilir.

Hadisə yerindən yayılan görüntülərdə fövqəladə xidmət əməkdaşlarının Ankaranın qərbində yerləşən Marşandiz stansiyasında işlədiyi görünür.

Sürət qatarı Konya vilayətinə gedirmiş.

Hadisə vaxtı qatarın hansı sürətlə getdiyi bəlli deyil.

XS
SM
MD
LG