Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Dünyada 250-dən artıq jurnalist həbsdədir


Birmada "Reuters" jurnalistlərinin buraxılması tələbilə yürüş
Birmada "Reuters" jurnalistlərinin buraxılması tələbilə yürüş

Artıq 3 ildir dünyada 251 və daha artıq jurnalist həbsdədir. Bu, tənqidi xəbər işinə avtoritar yanaşmanın heç də müvəqqəti olmadığını göstərir. Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəs (CPJ) bildirir ki, ötən il Çin, Misir və Səudiyyə Ərəbistanı daha çox jurnalisti həbsə atdırıb, Türkiyə isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qalır.

Artıq üçüncü ildir Çində, Misirdə və Səudiyyə Ərəbistanında yeni repressiya dalğası mətbuat azadlığına təzyiqlərdə özünü göstərib.

CPJ bu hesablamanı aparandan son üç ildə həbsə atılan jurnalistlərin sayında rekord göstərici qeydə alınır. 2016-2017-ci illərdə də eyni mənzərə idi. Dünyada həbsdə olan jurnalistlərdən yarıdan çoxu isə Türkiyə, Çin və Misirdə dəmir barmaqlıqlar arasındadır.

Donald Trump "Reuters"ə müsahibə verir
Donald Trump "Reuters"ə müsahibə verir

Yer üzündə həbs olunmuş jurnalistlərin əksəriyyətinə – 70 faizinə dövlətə qarşı ittihamlar irəli sürülüb. Onlar hakimiyyətin terrorçu kimi tanıdığı qruplara üzvlükdə, yaxud onlara yardımda suçlanır.

Dünyada saxta xəbər ittihamıyla həbs olunanların sayı 28-ə çatıb, iki il öncə bu rəqəm doqquz idi.

Saxta xəbər ittihamıyla Misirdə 19, Kamerunda dörd, Ruandada 3, Çin və Misirin hərəsində bir jurnalist həbsdədir. Bu artım həm də dünyada “saxta xəbər” ritorikasının yayıldığı bir dönəmə düşür. ABŞ Prezidenti Donald Trump bu sahədə aparıcı mövqedədir.

Çində 47 jurnalist həbsdədir, bu da daha çox Sincan regionunda uyğur etnik azlığına qarşı təqib dalğası ilə əlaqədardır. Çində azı 10 jurnalist ittihamsız saxlanıb, onların hamısı Sincandadır. BMT Pekinin bu regionda kütləvi nəzarətdə, 1 milyona yaxın adamı məhkəməsiz saxlamaqda suçlayır.

CPJ qeyd edir ki, Vyetnam və Azərbaycanda da həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, birində 11, digərində 10 jurnalist həbsdədir. Ancaq Özbəkistana CPJ son 20 ildə ilk dəfə olaraq həbsdə jurnalistin olmadığını vurğulayır.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə heç bir jurnalistin peşəsinə görə həbs olunmadığını, ifadə, mətbuat azadlığının tam təmin olunduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG