Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:36

Daha 1500 vərəsəyə müavinət veriləcək


Polis Qarabağda həlak olanların yaxınlarına qarşı
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Polis Qarabağda həlak olanların yaxınlarına qarşı

Artıq 2338 hərbi qulluqçunun 3038 vərəsəsinə birdəfəlik ödəniş həyata keçirilir.

Bununla bağlı bu gün, dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, prezident İlham Əliyevin həlak olan hərbi qulluqçulara aid verdiyi fərmanın icrası ilə əlaqədar yaradılmış Komissiya növbəti iclasını keçirib. İclasda daha 1115 hərbi qulluqçunun 1519 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsindən ötrü aidiyyəti quruma göndərilib.

Nazirlik habelə bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan ümumilikdə 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. Proses davam edir.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin önünə toplaşıblar. Həlak olan yaxınlarının haqqını tələb etdiklərini bildirən bu insanlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib.

«Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...», - deyə şirkət bəyan edib.

Multimedia

XS
SM
MD
LG