Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:16

M.Hacıbəyli ABŞ səfirliyində olub


M.Hacıbəyli

Dünən, dekabrın 12-də ABŞ-ın Azərbaycandakı səfirliyində Müvəqqəti İşlər Vəkili Uilyam Gil bastainfo.com xəbər portalının redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli ilə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayıb.

Görüşdə Azərbaycanda media azadlığı müzakirə edilib.

M.Hacıbəyli bildirib ki, görüşdə vəkil Osman Kazımov, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solli və səfirliyin mətbuat katibi Natan Cons da iştirak ediblər.

M.Hacıbəyli bundan bir müddət öncə Bakı Şəhər Prokurorluğuna çağırılıb. Ona rəhbərlik etdiyi saytda dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorluq həmçinin, M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Bundan başqa, criminal.az saytında yayılmış məlumatlarla da bağlı bu saytın baş redaktoru Anar Məmmədova da M.Hacıbəyli ilə eyni ittihamlar irəli sürülüb. Onun isə istintaqı artıq başa çatıb.

Məhkəmə ittihamları təsdiqləsə, M.Hacıbəyli və A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. Onların arasında bastainfo.com və başqa bir sıra saytlar da var idi. Saytlar ittihamları qəbul etmirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Multimedia

XS
SM
MD
LG