Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:10

ABŞ diplomatı ‘Rusiyanın təcavüzü’ndən danışacaq


John Sullivan, arxiv fotosu

Birləşmiş Ştatların aparıcı diplomatı Mərkəzi Avropaya və Qərbi Balkanlara gedir. Məqsəd Dövlət Departamentinin dediyi kimi, “Rusiyanın regiondakı təcavüzü”nə qarşı dəstək yığmaqdır.

Dövlət katibinin müavini John J. Sullivan dekabrın 13-də Slovakiyanın paytaxtı Bratislavada danışıqlar aparacaq. O daha sonra Vyanaya, Sofiyaya, Sarayevoya, Skopye və Varşavaya gedəcək. Səfər dekabrın 20-dək davam edəcək.

Bratislavada Sullivan “Slovakiyanın aparıcı rəsmilərini çağıracaq ki, ATƏT-də gözlənən sədrliklərindən istifadə edərək təşkilatın Rusiyanın Avropadakı təcavüzünə reaksiyasını gücləndirsinlər”. Dövlət Departamenti bəyanatında belə deyir.

Vyanada isə diplomat Avstriyaya Əfqanıstanda və Qərbi Balkanlarda təhlükəsizlik əməkdaşlığına verdiyi töhfəyə görə təşəkkürünü bildirəcək, “aparıcı rəsmilərlə danışıqlarında İranın və Rusiyanın ziyanlı fəaliyyətinə qarşı dayanmaq gərəkdiyini vurğulayacaq”.

Dekabrın 16-da Sarayevoda Sullivan rəsmiləri “sabitliyi saxlamaq, islahatları və Qərbə doğru yolu davam etdirmək” üçün işləməyə çağıracaq.

XS
SM
MD
LG