Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Rusiya təyyarələrinin Venesuelaya göndərilməsindən narahatdırlar


Rusiyanın Tupolev Tu-160 bombardmançıları Karakasda

Amerika Dövlətlərinin Təşkilatı (ingiliscə qısa adı - OAS) nüvə qabiliyyətli Rusiya təyyarəsinin Venesuelaya göndərilməsindən “böyük narahatlıq” bildirib.

Dekabrın 12-də yaydığı bəyanatda OAS-ın baş katibliyi bildirib ki, “Rusiyanın nüvə silahları işlətmək qabiliyyətinə malik təyyarələrinin Venesuela torpağında olmasına dair xəbərləri dərin narahatlıqla izləyir”.

Qurum bildirib ki, xarici hərbi missiyanın mövcudluğu Venesuela konstitusiyasını pozur, çünki “ona konstitusiyanın tələb etdiyi kimi, Mİlli Assambleya icazə verməyib”.

Bu səbəbdən bu hərəkəti Venesuelanın suverenliyinə ziyanlı sayırıq”, – OAS bildirib.

Bu təşkilat Birləşmiş Ştatlar daxil Amerikanın 35 müstəqil ölkəsindən ibarətdir.

Dekabrın 10-da Rusiyanın Müdafiə Nazirliyi Venesuelaya iki nüvə qabiliyyətli strateji bombardmançı təyyarə göndərib. Bu, Cənubi Amerikada Rusiyanın hərbi gücünün görünməmiş nümayişidir.

Nazirlik təyyarələrdə silah olub-olmadığını açıqlamayıb. Təyyarələrin gəlişindən bir neçə gün öncə Venesuela prezidenti Nicolas Maduro Moskvada olub, ölkəsinə Kremlin dəstəyini təmin etməyə çalışıb. Venesuelanın Rusiyaya böyük məbləğdə borcu var.

XS
SM
MD
LG