Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:24

Fransada silahlının axtarışı davam edir


Strasburqda əsgər keşik çəkir

Fransada yüzlərlə təhlükəsizlik işçisi Strasburqda Milad bazarına hücum etmiş şəxsi axtarır. 29 yaşlı şübhəlinin atəş açan zaman ərəbcə “Allah böyükdür” qışqırdığı bildirilir.

Prokuror Remy Heitz dekabrın 12-də deyib ki, antiteror polisi hədəfin necə davrandığını, profilini, onun “Allahü Əkbər” qışqırdığını eşidənlərin ifadələrini nəzərə alaraq hərəkətə keçib.

Hadisə zamanı iki nəfər öldürülüb, üçüncünün beyni sıradan çıxıb, 12 nəfər isə xəsarət alıb.

İnsident dekabrın 11-də axşam Almaniya ilə sərhəd yaxınlığında baş verib.

Yerli polis şübhəlinin Cherif Chekatt olduğunu, “təhlükəli” sayıldığını bildirir.

Baş nazir Edouard Philippe antiterror nəzarətinə əlavə olaraq 1800 əsgərin cəlb olunacağını bildirib. Əsgərlərin çoxu Mİlad bazarlarına yerləşdirilir.

Almaniyada təhlükəsizlik mənbəyinin “Reuters”ə deməsinə görə, şübhəli 2016-cı ilin avqustundan 2017-ci ilin fevralınadək Almaniyanın cənubunda həbsdə olub, oğurluqda ittiham olunub. 27 ay həbs cəzası çəkəndən sonra Fransaya deportasiya olunub.

Daxili İşlər Nazirliyinin aparıcı rəsmisinin bildirməsinə görə, hakimiyyət Chekatt-ın həbsxanada radikallaşdığına inanır. O, 2015-ci ilin sonundan Fransa kəşfiyyatının nəzarətində olub.

2015-ci ildə Fransada islamçı yaraqlılar bir neçə hücum törədiblər. Bundan sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG