Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Pakistan Vaşinqtonun din azadlığı ilə bağlı tənqidini qəbul eləmir


Pakistanda sünni məbədi
Pakistanda sünni məbədi

Pakistan Birləşmiş Ştatların onu din azadlığını pozan ölkələrin qara siyahısına salmasını tənqid edib, bu addımı “birtərəfli və siyasi motivli” adlandırıb.

Ölkədə “çoxdinli, plüralistik cəmiyyətdir, fərqli inanclı adamlar birlikdə yaşayırlar”, – Pakistanın Xarici İşlər Nazirliyi dekabrın 12-də yaydığı bəyanatda deyir.

“Azlıqların hüquqlarını necə qorumaqla bağlı Pakistanın hər hansı ölkənin məsləhətinə ehtiyacı yoxdur”, – bəyanatda vurğulanır.

Birləşmiş Ştatların Dövlət katibi Mike Pompeo dekabrın 11-də yaydığı bəyanatda Pakistanı və bir neçə başqa ölkəni 1998-ci ilin Beynəlxalq Din Azadlığı Aktına uyğun olaraq “Xüsusi Narahatlıq Yaradan Ölkələr” siyahısına salıb.

O, Pakistanın, Çinin, Eritreanın, İranın, Myanmanın, Şimali Koreyanın, Sudanın, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın mayın 28-də bu təsnifata salındığını vurğulayıb.

Mike Pompeo
Mike Pompeo

“BİRLƏŞMİŞ ŞTATLAR SEYRÇİ QALMAYACAQ”

Pompeo-nun sözlərinə görə, bu ölkələr din azadlığını sistematik və kobudcasına pozmaqdadırlar.

Dünyanın bir çox yerlərində fərdlər sadəcə inanclarına uyğun yaşadıqlarına görə təqib, həbslər, hətta ölümlə üzləşirlər. Birləşmiş Ştatlar belə zülmü tamaşaçı kimi seyr etməyəcək”, – Pompeo vurğulayıb.

Pakistan daha öncə Nəzarət Siyahısında idi.

Statusun azalması İslamabadın ABŞ sanksiyaları ilə üzləşə biləcəyi deməkdir. Ancaq Pompeo Birləşmiş Ştatların maraqlarını əsas gətirərək sanksiyaları çıxdaş edib.

ABŞ Pakistanla bağlı qərarını daha çox bu ölkədə küfrə görə ölüm cəzası nəzərdə tutan qanunun mövcudluğu ilə izah edib.

İnsan haqları qrupları Pakistandakı dini azlıqlar – şiələr, əhmədilər, xristianlarla davranışdan uzun müddət narahatlığını bildirib. Bu ölkədə sünni islam üstün mövqedədir.

Prezident Donald Trump administrasiyasının Pakistanla münasibətləri gərgindir, İslamabadın Taliban və digər ekstremist qruplarla yetərli mübarizə aparmadığını deyir. İslamabad isə bu ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG