Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

Strasburqda hücumu törədən hələ tutulmayıb


Hadisə yeri

Fransanın Strasburq şəhərində Milad bazarına hücum edən şəxs hələ də axtarılır. Dekabrın 11-də baş vermiş insident zamanı iki nəfər öldürülüb, 14 nəfər yaralanıb.

Daha öncə 3 nəfərin öldürüldüyü, 13 nəfərin xəsarət aldığı bildirilirdi.

Yaralılardan heç birinin durumu kritik deyil.

Şübhəli ərazidə keşik çəkən əsgərlərlə atışmadan sonra hadisə yerindən qaça bilib.

Yaralı olduğu bildirilən şübhəlinin kimliyi müəyyənləşdirilib. O, Fransa təhlükəsizlik xidmətlərinin şübhəli ekstremistləri axtarış siyahısındadır.

Təhlükəsizlik mənbələri 29 yaşlı şübhəlinin Strasburqdan olduğunu bildirir.

Təhqiqat gedir, atışmanın motivi bəlli deyil.

Daxili işlər naziri Christophe Castaner sərhəd nəzarətinin, Milad bazarlarında təhlükəsizliyin gücləndirildiyini deyir.

Ölkədə təhlükəsizlik xəbərdarlığı səviyyəsi qaldırılıb.

2015-ci ildə islamçı yaraqlılar Fransada bir neçə hücum törətmişdilər. Bundan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG