Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:48

Türkmənistan lideri 800 məhbusu əfv edib


Gurbanguly Berdymukhammedov

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov 12 dekabr – Beynəlxalq Neytrallıq Günü münasibətilə 796 məhbusu əfv edib. Bu haqda dövlət mediası məlumat yayıb.

Prezidentin amnistiya fərmanını dekabrın 10-da imzaladığı bildirilir.

2017-ci ildə BMT Baş Assambleyası dekabrın 12-ni Beynəlxalq Neytrallıq Günü elan edib.

Türkmənistan 1995-ci ilin dekabrından BMT tərəfindən daimi neytral dövlət kimi tanınıb.

Avtoritar lider olan Berdymukhammedov türkmən cəmiyyətinin bütün sahələrinə nəzarət edir. O, ildə bir neçə dəfə amnistiya imzalayır.

Sentyabrın 24-də, Müstəqillik Günü ərəfəsində 1722 məhkumu əfv edib.

Ancaq siyasi motivlərlə həbs olunanlar adətən əfvə düşmür.

XS
SM
MD
LG