Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Saxlanan vərəsədən xəbər var


Polis Qarabağda həlak olanların yaxınlarına qarşı
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Polis Qarabağda həlak olanların yaxınlarına qarşı

Dünən, dekabrın 11-də birdəfəlik müavinətlə bağlı Prezident Administrasiyasının qarşısına gedərkən saxlanan vərəsə Toğrul Qocayevdən xəbər var.

Vərəsələrdən Sevinc Quluzadənin bildirməsinə görə, ona 30 sutka inzibati həbs cəzası verilib: «Dekabrın 11-də növbəti dəfə Prezident Administrasiyasının önünə gedirdik. Bu zaman bir avtomobildən iki nəfər düşərək Toğrula yanaşdılar, heç nə demədən onu maşına otuzduraraq naməlum istiqamətə apardılar. Nə qədər araşdırma aparsaq da, harada olduğunu müəyyən edə bilmədik».

S.Quluzadə deyir ki, ancaq dekabrın 11-də axşam saatlarında T.Qocayevin Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza aldığını eşidiblər.

S.Quluzadənin vurğulamasına görə, ailəsi ilə əlaqə saxlayan T.Qocayev deyib ki, onu polisə müqavimətdə təqsirli bilərək 30 sutka inzibati həbs ilə cəzalandırıblar.

Ancaq bu deyilənləri Daxili İşlər Nazirliyi və Səbail Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin önünə toplaşıblar. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib. «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...», - deyə şirkət bəyan edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədək 1223 hərbi qulluqçu üzrə 1509 vərəsəyə birdəfəlik ödəmə (11 min manat) verilməsinə dair qərar qəbul edilib. Proses davam edir. Nazirlik bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG