Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Heydər Əliyevin ölüm günündə məzarı ziyarət olunub


H.Əliyevin məzarı. 2017

Bu gün, dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

«Report»un xəbərinə görə, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin bəzi nümayəndələri də Fəxri xiyabana gəliblər.

Bu gün, dekabrın 12-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 15 il keçir. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etməsi barədə rəsmi məlumat yayılıb. H.Əliyevin ölümündən sonra isə Azərbaycanda hakimiyyətə onun oğlu İ.Əliyev gəlib.

XS
SM
MD
LG