Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Rusiyadakı ‘gey təbliğatı’ qanunu LGBT gənclərinə ‘ziyan vurur’


Voronejdə LGBT-yə ayrıseçkiliyə etiraz aksiyası
Voronejdə LGBT-yə ayrıseçkiliyə etiraz aksiyası

Human Rights Watch insan haqları təşkilatı Rusiya hakimiyyətini ölkənin “gey təbliğatı” qanununu ləğv etməyə çağırır, bu qanunun lezbian, gey, biseksual və transgender gənclərə ziyanlı təsir göstərdiyini bildirir.

Təşkilat yeni hesabatında bildirir ki, 2013-cü ildə qəbul olunmuş qanun Rusiyada LGBT əhlinin uzun zaman üzləşdiyi ədavəti artırıb, LGBT-ni əhatələyən təhsil və dəstək xidmətlərinə çıxışı məhdudlaşdırıb.

Dekabrın 12-də açıqlanmış 92 səhifəlik hesabatda vurğulanır ki, Rusiyanın “gey təbliğatı” qanunu siyasi qazanc naminə zəif seksual və gender azlıqları hədəfə alan “siyasi homofobiyaya klassik örnəkdir”.

Rəsmi olaraq, bu qanunun məqsədinin “uşaqları ənənəvi ailə dəyərlərinin inkarını təbliğ edən informasiyadan qorumaq” olduğu bildirilir, “azyaşlılara qeyri-ənənəvi seksual münasibətlərin təbliğini” yasaqlayır.

HRW-nın tədqiqatçısı Kyle Knight deyir ki, “açıq-aşkar ayrıseçkilik yayan” qanun onun tərəfdarlarının dediklərinin tamamilə əksini göstərir.

Bu qanundan istifadə olunaraq uşaqlar üçün onlayn informasiya və zehni tibbi xidmətlər qapadılıb, dəstək qrupları və zehni sağlamlıq peşəkarlarını uşaqlarla işləməkdən çəkindir, Knight belə deyir.

Sankt Peterburqda LGBT fəallarının aksiyası
Sankt Peterburqda LGBT fəallarının aksiyası

Qurum təmsilçisi qanunun Rusiyada LGBT təmsilçilərinə qarşı stiqma, təqib və zorakılığı gücləndirdiyini qeyd edir.

“UŞAQLARIN HƏYATI MƏHV EDİLİR”

Yeni hesabatımızda qanunun bəzi uşaqların həyatını məhv etməsinə dəlil var”, – o, AzadlıqRadiosu-na deyib.

HRW hesabatı hazırlayarkən Rusiyada onlarla LGBT gəncini və peşəkarları danışdırıb.

Xabarovskda 14 yaşlı lezbian Diana F. deyib ki, bu qanun “homofobların ölkədən azad gəzməsinə kömək edir”.

Yeniyetmənin sözlərinə görə, LGBT əhli “yürüşlər təşkil etməyə qorxurlar”.

HRW-nın hesabatında deyilir ki, “gey təbliğatı” qanunundan LGBT təmsilçilərinə hücum üçün istifadə olunur.

Hesabatda Rusiya Pravoslav Kilsəsi “geylərə qarşı açıq şəkildə qızışdırıcı bəyanatlar”a görə tənqid edilir.

HRW Rusiya Təhsil Nazirliyini təqib, qorxutma, zorakılıqla bağlı şikayətlər üçün mexanizmlər yaratmağa, bu halları dərhal araşdıraraq uyğun tədbir görməyə çağırır.

Təşkilat Rusiya hökumətini “gey təbliğatı” qanununu, LGBT-yə qarşı ayrıseçkilik maddələri olan digər qanunları ləğv etməyə səsləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG