Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Dopinq ekspertləri Rusiya agentliyində audit aparırlar


RUSADA-nın Moskvadakı binası

Ümumdünya antidopinq ekspertləri Moskvada Rusiyanın antidopinq agentliyində əlavə audit aparırlar. Bu təftiş Rusiya hökumətinin antidopinq səylərinin şübhə altına alındığı bir dönəmdə keçirilir.

2014-cü ilin Soçi olimpiadası zamanı hökumətin sponsorluğu ilə dopinq sxeminə əl atıldığı üzə çıxıb.

Rusiya idmanda dopinqin geniş yayıldığını etiraf etsə də, dövlətin onu himayə etdiyini danıb.

RUSADA-nın baş direktoru müavini Margarita Pakhnotskaya TASS agentliyinə deyib ki, audit iki gün ərzində aparılır, öncədən planlaşdırılıb, “auditorlar işimizdə hər hansı qüsur varsa, göstərə bilərlər. Bütün qeydləri dərhal nəzərə alacağıq”.

Ümumdünya antidopinq agentliyi (WADA) sentyabrda Rusiyanın quruma üzvlüyünü bərpa edib. Birmənalı qarşılanmayan bu qərar Moskvanın agentliyin hesabatındakı tapıntıları tanıması şərtilə çıxarılıb.

XS
SM
MD
LG