Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:46

Heydər Əliyevin vəfatından 15 il keçir


Bakıda Heydər Əliyevin dəfni. 2003

Bu gün, dekabrın 12-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 15 il keçir. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etməsi barədə rəsmi məlumat yayılıb.

İlk dəfə Heydər Əliyevin vəziyyətinin kəskin pisləşməsi 2003-cü il aprelin 21-də Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edəndə olub. Çıxışı zamanı 80 yaşlı Əliyev əlilə ürəyini tutaraq yerə çöküb.

Cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra H.Əliyev yenidən səhnəyə qayıdıb. Səhnəyə qayıdaraq çıxışını davam etdirən H.Əliyevin ikinci dəfə səhhəti pisləşib.

H.Əliyevin vəfatının səbəbləri arasında, əsasən, ürəyində əmələ gəlmiş problemlər göstərilirdi. H.Əliyev 1987-ci ildə ilk dəfə müəmmalı infarkt keçirib.

2003-cü ildə məlum olaydan sonra H.Əliyev əvvəlcə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında, daha sonra isə ABŞ-ın Klivlend Klinikasında müalicə olunub.

Heydər Əliyev sağ olsaydı, indi nə fərqli olardı?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

İlham Əliyevin baş nazirliyə təqdim edilməsi

2003-cü il avqustun 4-də, hələ müalicə alan H.Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin baş nazir təyin olunmasını təsdiq etdi. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırdı.

Hələ 2002-ci ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri baş nazirə keçirdi.

Buna qədər isə səlahiyyətlər parlament sədrinə keçməli idi.

Tərcümeyi-hal

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri (1967-1969), 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

1982-ci ilin dekabrında SSRİ rəhbərliyinə aparılaraq, Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılır.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

1993-cü ildə Gəncədə hakimiyyətə silahlı itaətsizlikdən sonra H.Əliyevi prezident Əbülfəz Elçibəy Bakıya dəvət edir. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxır.

Multimedia

XS
SM
MD
LG