Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:20

İran ballistik raket sınağı keçirdiyini təsdiqləyir


İranın hazırladığı ballistik raket Vaşinqtonda hərbi bazada göstərilir
İranın hazırladığı ballistik raket Vaşinqtonda hərbi bazada göstərilir

İran bu yaxınlarda ballistik raket sınaqdan çıxarıb. Bunu İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) aparıcı komandiri deyib, amma konkret hansı raketin sınaqdan çıxarıldığını açıqlamayıb. Xəbəri “Reuters” Fars News-a istinadla yayıb.

ABŞ-ın Dövlət katibi Mike Pompeo bu ayın əvvəlində, İranın “çoxsaylı nüvə başlıqları daşımağa qadir ortamənzilli ballistik raket sınaqdan çıxardığını” bildirib. Pompeo-nun sözlərinə görə, bu raket Yaxın Şərqin istənilən yerini və Avropanın bəzi hissələrini vura bilər.

Birləşmiş Ştatlar Prezidenti Donald Trump mayda İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. O, sazişin qüsurlu olduğunu, İranın ballistik raket hazırlamasını, Suriya, Yəmən, Livan və İraqdakı fəaliyyətini məhdudlaşdırmadığını bildirib.

“MÜHÜM SINAQ İDİ”

Raket sınaqlarımızı davam etdirəcəyik və sonuncu mühüm sınaq idi”, – İnqilab Keşikçilərinin aerokosmik bölümünün rəhbəri Amirali Hajizadeh deyib.

Amirali Hajizadeh
Amirali Hajizadeh

Amerikalıların reaksiyası bu sınağın onlar üçün çox vacib olduğunu, buna görə qışqırdıqlarını göstərir”, – o, sözlərinə əlavə edib.

Hajizadeh İranın ildə 50 raket sınaqdan çıxardığını vurğulayıb.

İran hökuməti hərbi qabiliyyətini Vaşinqtonla müzakirə etməyi rədd edir, özəlliklə də Keşikçilərin nəzarətində olan raket proqramını.

Tehran raket proqramının tamamilə müdafiə xarakterli olduğunu deyir, raketlərinə nüvə başlıqları yerləşdirilmədiyini bildirir.

Hajizadeh ötən ay demişdi ki, Birləşmiş Ştatların Əfqanıstanda, BƏƏ-də və Qətərdəki bazaları, eləcə də Körfəzdəki təyyarədaşıyan gəmiləri İran raketlərinin əhatə dairəsindədir.

İİKK oktyabrda Suriyadakı İslam Dövləti (İŞİD) yaraqlılarına raket zərbələri endirib. İranda 25 nəfərin ölümüylə nəticələnmiş hərbi parada hücuma görə məsuliyyəti həmin qruplaşma götürmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG