Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:19

Keçmiş polis zabiti vətənə xəyanətə görə məhkum edilib


Frode Berg

Rusiyada keçmiş polis zabiti Aleksandr Zhitnyuk vətənə xəyanət ittihamıyla 13 illik həbsə məhkum edilib.

Moskva şəhər məhkəməsinin dekabrın 11-də çıxardığı qərarda deyilir ki, Zhitnyuk Norveç kəşfiyyatına məxfi material ötürməkdə təqsirli bilinib.

Rusiya mediası daha öncə yazırdı ki, Zhitnyuk ötən ilin noyabrında, Frode Berg adlı norveçliyə gizli material ötürməkdə şübhəli bilinərək saxlanıb. Norveçli də Rusiyada saxlanmışdı.

Daha sonra Moskva məhkəməsi Berg barəsində həbs qətimkan tədbiri seçdi.

Norveç mediası Bergin 63 yaşlı keçmiş sərhəd müfəttişi olduğunu, Norveçin Xarici İşlər Nazirliyinin ona kömək etməyə çalışdığını yazırdı.

Rusiya müstəntiqlərinin bildirməsinə görə, Berg xarici kəşfiyyatın ələ aldığı rusiyalılara məxfi hərbi informasiya müqabilində pul göndərib.

Bergin vəkili Ilya Novikov ötən ay deyirdi ki, müştərisi gələn ilin fevralında məhkəmə qarşısına çıxarıla bilər, özünü təqsirli bilmir.

Son illər bir neçə rusiyalı vətənə xəyanət, yaxud məxfi, həssas informasiya yaymaqda ittiham olunub.

XS
SM
MD
LG