Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:59

Lyudmila Alekseyeva bu gün dəfn olunur


Lyudmila Alekseyeva ilə vida görüşü

Rusiyanın insan haqları müdafiəçisi Lyudmila Alekseyeva dekabrın 11-də Moskvada dəfn olunacaq.

Moskva Helsinki Qrupu insan haqları təşkilatının qurucularından biri olan Alekseyeva dekabrın 8-də Moskvada xəstəxanaların birində 91 yaşında dünyasını dəyişib.

Jurnalistlər Evində keçirilən mərasimdə Alekseyeva-nın həmkarları və xarici qonaqlar onu sonuncu dəfə ziyarət ediblər. Qonaqlar içində ABŞ -ın səfiri Jon Huntsman, Rusiya İnsan Haqları Şurasının rəhbəri Mikhail Fedotov da olub.

Prezident Vladimir Putinin də tədbirə gələcəyi gözlənildiyindən bina ətrafında təhlükəsizlik gücləndirilib.

İnsan haqları müdafiəçiləri və diplomatlar Alekseyeva-nın keçmiş Sovet ittifaqı və Rusiyada ədalət uğrunda mübarizəyə verdiyi töhfəni ruhlandırıcı örnək adlandırıblar.

Alexeyeva karyerası boyunca ölüm hədələri alıb, 1977-ci ildə mühacirətə getməli olub.

O, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra, 1993-cü ildə Rusiyaya qayıdıb, fəaliyyətini davam etdirib. Putinin idarəçiliyi dövründə qeyri-hökumət təşkilatlarına qarşı şübhə onun fəaliyyətinə əngəl yaradıb.

XS
SM
MD
LG