Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 05:04

May AB liderləri ilə görüşəcək


Theresa May

Dekabrın 11-də Britaniyanın Baş naziri Theresa May Avropa liderləri ilə görüşəcək. O, blokdan çıxmaqla bağlı əldə etdiyi sazişi qorumağa çalışır.

May Haaqada Niderlandın baş naziri Mark Rutte, daha sonra Berlində Almaniya kansleri Angela Merkel ilə görüşəcək.

Dekabrın 10-da May parlamentdə razılaşmanın planlaşdırılan səsverməsini ertələyib. Sazişdə Britaniyanın AB-dən çıxma şərtləri nəzərdə tutulub.

Deputatlar baş nazirin qərarına qəzəbli reaksiya veriblər. Müxalifətdə olan Leyboristlər Partiyasının lideri Jeremy Corbin deyib ki, May “hadisələrə nəzarəti itirib”.

Avropa Şurasının Prezidenti Donald Tusk deyir ki, AB-nin qalan 27 üzvü sazişlə bağlı “yenidən danışıqlar aparmayacaq”. Amma onun sözlərinə görə, liderlər “Britaniyanın ratifikasiyası”nı necə asanlaşdırmağı müzakirə edəcəklər.

Tusk AB liderlərinin məsələni dekabrın 13-də Brüsseldə keçiriləcək sammitdə müzakirə edəcəyini söyləyib.

Brexit sazişinin deputatların müzakirəsinə nə vaxt çıxarılacağı bilinmir, amma May deyib ki, səsvermə üçün son tarix yanvarın 21-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG