Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:03

Orta əməkhaqqı azalmaqda davam edir


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

2018-ci il noyabrın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 552.8 min nəfər olub.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, dekabrın 11-də yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 faiz artıqdır. Onlardan 884.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

«2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.8 faiz artaraq 540 manat olub», - DSK vurğulayır

Amma əməkhaqqıda illik artim olsa da, aylıq azalma var. 2018-ci ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540.5 manat olmuşdu.

DSK-nın əvvəlki aylarının göstəricilərinə nəzər yetirdikdə bəlli olur ki, əməkhaqqıda azalma son 3 ayda özünü göstərir. DSK bu il sentyabrın 1-də orta aylıq əməkhaqqının 541.2, bundan da bir ay əvvəl də 542.3 manat olduğunu açıqlamışdı.

Xatırlatma

Bu ildən pensiyalar Azərbaycanda əmək haqlarının artımından asılı olaraq artırılır. Halbuki, bu ilə qədər pensiyalar inflyasiyaya əsasən artırılırdi. Ötən il inflyasiya 13, əmək haqları isə 6 faiz civarında artmışdı. Buna görə də, bu ilin yanvarında pensiyalar 13 faiz yox, 6 faiz artırıldı.

Onda müstəqil iqtisadçılar qanunvericiliyə edilən dəyişiklikləri inflyasiyanın əməkhaqqı artımını üstələməsi və hökumətin pensiyaları daha az artırmaq istəyi ilə izah etmişdilər. Bu ilin göstəricilərinə görə isə, inflyasiya cəmi 2 faiz civarındadır. Əməkhaqqı artımı da son 3 ayda azalmaqdadır. Ekspertlər elə buna görə də pensiyaların gələn il də cüzi artacağını təxmin edirlər.

Multimedia

XS
SM
MD
LG