Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:25

Azərbaycan keçmiş məmuru ekstradisiya edəcək


Duishenbek Zilaliev

Qırğızıstanda keçmiş baş nazir müavini korrupsiya ittihamları ilə həbs olunub.

Duishenbek Zilaliev “qanunsuz varlanma”da ittiham olunur, barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatı Dövlət Milli Təhlükəsizlik Xidməti dekabrın 10-da yayıb.

Məlumatda deyilir ki, keçmiş məmurun mülkiyyətində olan 900 min dollarlıq bəyan edilməmiş nağd pul və mülkiyyət aşkarlanıb və bunları necə əldə etdiyini izah edə bilməyib.

Zilaliev 2017-ci ildə bir neçə ay baş nazirin müavini işləyib. O, daha öncə Dövlət Sənaye, enerji və Mineral Ehtiyatlar Komitəsinə başçılıq edib.

Azərbaycan məhkəməsi isə Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov-un ekstradisiyası barədə qərar çıxarıb. Bunu dekabrın 10-da AzadlıqRadiosu-na Qırğızıstan Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildiriblər.

Junusov dekabrın 5-də Heydər Əliyev aeroportunda Qırğızıstan rəsmilərinin xahişilə saxlanıb.

Bişkek maliyyə polisi onu 2013-2016-cı illərdə Gömrük Komitəsinə rəhbərlik edən zaman xəzinəyə 166 milyon soma (2,1 milyon dollar) başa gələn “korrupsiya” əməllərində suçlayır.

Yaydan bəri Junusov-un harada olduğu bəlli deyildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG