Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:35

Vitse-spiker: Ölkədə təqib yoxdur


B.Muradova

Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını deyib.

«Report»un xəbərinə görə, vitse-spiker 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə bunu bildirib.

O, bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olması barədə deyilənlərə də münasibət bildirib: «Bilirsiniz, hüquq müdafiəçiləri bununla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Mən bu yaxınlarda bir hüquq müdafiəçisi ilə söhbət etmişəm. O, başqa bir rəqəm söyləyir...».

B.Muradova iddia edib ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur.

O hesab edir ki, siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adların onların üzərinə qoyulmasına çalışırlar.

«Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var», - o vurğulayıb.

Xatırlatma

Azərbaycanda siyasi məhbuslarla bağlı əsasən iki siyahı var. Bu siyahılarda rəqəmlər 150 civarında dəyişir. Onların arasında bir neçə jurnalist və bloqqerin də adı yer alır. Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG