Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

İranla Səudiyyə bir-birini ittiham edirlər


Vəliəhd şahzadə Mohammed bin Salman (solda) və atası Kral Salman

Səudiyyə Ərəbistanının Kralı Salman regiondakı rəqibi İranı başqa ölkələrin işlərinə müdaxilədə ittiham edib. O, ər-Riyadda regional sammit zamanı bu haqda danışıb.

“Ekstremist və terrorçu dövlətlər Körfəzdə və ərəb dünyasında təhlükəsizliyimizi hədələyirlər”, – kral dekabrın 9-da Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitində deyib.

“İran rejimi düşmən siyasətini davam etdirir və başqa ölkələrin daxili işlərinə müdaxilə edir”, – o, sözlərinə əlavə edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif tvitində buna dərhal cavab verərək deyib ki, “indiyədək regionda bir çox qoluzorlular müharibə və bədbəxtliyə səbəb olublar”.

KƏŞ-ə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman və Qətər daxildir, 1981-ci ildə İrana qarşı yaradılıb. Bu dövlətlərin hamısı Amerikanın müttəfiqləridir.

Qətər şeyxi Tamim bin Hamad Al Thani Kral Salman tərəfindən dəvət olunmasına baxmayaraq tədbirə qatılmayıb. 2017-ci ilin iyununda Səudiyyə, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi əlaqələri kəsiblər, onu regionda terrorçu fəaliyyəti dəstəkləməkdə ittiham ediblər. Qətər isə ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG