Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 17:38

Səudiyyə Türkiyənin tələblərini rədd edir


Jamal Khashoggi

Səudiyyə Ərəbistanının xarici işlər naziri Türkiyənin jurnalist Jamal Khashoggi-nin qətlində şübhəlilərin ekstradisiyası tələblərini rədd edib. Khashoggi Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

“Biz vətəndaşlarımızı ekstradisiya etmirik”, – Adel al-Jubeir dekabrın 9-da ər-Riyadda jurnalistlərə deyib.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Səudiyyədən tələb etmişdi ki, dissident jurnalistin qətlində şübhəli bilinənləri təhvil versin.

“Washington Post”un yazarı Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluqda qətlə yetirilib. O, Səudiyyə rejiminin açıq tənqidçisi idi.

Türkiyə məhkəməsi Səudiyyə kəşfiyyatının keçmiş rəhbəri Ahmad al-Assiri və kral məhkəməsinin keçmiş müşaviri Saud al-Qahtani-nin həbsinə order çıxarıb.

Ər-Riyad jurnalistin konsulluqda qətlə yetirildiyini etiraf edəndən sonra hər ikisi işdən çıxarılıb.

Türkiyə bildirir ki, Khashoggi-ni öldürməyə Səudiyyədən İstanbula 15 nəfərlik dəstə göndərilib..

Bu qətllə əlaqədar Səudiyyə Ərəbistanında azı 21 nəfər saxlanıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru deyib ki, Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın qətldə əli olmasına güclü dəlil var. Şahzadə isə iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG