Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:36

Əliyev Paşinyanla görüşüb


İ.Əliyev və N.Paşinyan

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan əsirlərin «hamını hamıya» prinsipi üzrə dəyişdirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Müzakirələr Sankt-Peterburqda keçirilib.

Məlumatı Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevə istinadla AZƏRTAC yayıb.

«Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, «hamının hamıya» prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır», - H.Hacıyev söyləyib. Onun fikrincə, belə dəyişmə danışıqlar prosesinə müsbət təsir göstərə bilər.

İki ölkə başçısı MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində görüşüblər.

İ.Əliyevlə N.Paşinyanın görüş zamanı Qarabağ münaqişəsinin nizamlanmasını və atəşkəs rejiminin möhkəmləndirilməsini müzakirə etdikləri də deyilir.

«Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir», - H.Hacıyev bildirib.

Multimedia

XS
SM
MD
LG