Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

VTB Qazaxıstanda MIR kartlarından istifadə edəcək


VTB-nin sədri Andrei Kostin

Rusiyanın aparıcı banklarından olan VTB bildirir ki, Qazaxıstandakı ATM-lərin Rusiyanın MIR ödəniş kartlarını qəbul etməsinə icazə verib.

VTB dekabrın 7-də verdiyi bəyanatda bildirir ki, MIR kartı olanlar bankın Qazaxıstan ərazisindəki ATM-lərində nağd pul çıxara bilərlər.

2015-ci ilin dekabrından buraxılan MIR ödəniş kartları Rusiya Mərkəzi Bankının filialı olan Milli Kart Ödəniş Sistemilə idarə olunur.

Bu sistem 2014-cü ildə beynəlxalq sanksiyalar qoyulandan sonra elektron ödənişlərə potensial əngəllərin önlənməsi məqsədilə hazırlanıb. Rusiya həmin ilin martında Ukraynanın Krım regionunu ilhaq edəndən sonra Qərb ona sanksiyalar tətbiq edib.

Sanksiyalar nəticəsində Rusiyanın bir sıra banklarının Birləşmiş Ştatların Visa və MasterCard xidmətlərinə çıxışı önlənib.

Rusca “sülh” mənasını verən MIR Rusiya hökuməti tərəfindən təbliğ olunur.

VTB Ermənistan və Belarusda da bu kartlardan istifadəyə imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG