Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

Astara məhkəməsi müəllimi işinə bərpa etmədi


F.Mehrəliyev
F.Mehrəliyev

Astara Rayon Məhkəməsi dekabrın 7-də Astara şəhər 2 saylı orta məktəbin keçmiş ingilis dili müəllimi Fuad Mehrəliyevin işə bərpası haqqında müraciətini rədd edib.

Hakim Mübariz Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti səbəb olaraq F.Mehrəliyevin psixi xəstə olduğunu əsas gətirib.

F.Mehrəliyev qərarı qərəzli və sifarişli sayır. O deyir ki, məhkəmənin gedişi zamanı qaldırdığı, o cümlədən onun xəstəliyi ilə bağlı ekspertizanın təyin olunması barədə vəsatətlərin heç birisi təmin olunmayıb: «Mənim işdən çıxarılmağım barədə əmr, həmkarların protokolu qanunsuz və saxta idi. Hakim bütün bunları kənara qoyub xəstəliyimi əsas götürdü. Halbuki mənim xəstəliyim barədə bircə həkimin rəyi var. Bir həkimin rəyi əsasında iş gördülər. Hakimə də etiraz etdim. Bu da qəbul edilmədi».

F.Mehrəliyev orta məktəbdə rüşvətə «yox» dediyinə görə işdən çıxarıldığını iddia edir: «Əslində rüşvətə «yox» deməklə prezidentə dəstək olmuşam. Sosial şəbəkələrdə bununla bağlı çıxışlar etmişəm. Buna görə mənə tələ qurdular».

O, qərardan şikayət verəcəyini, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyini bildirir.

Xatırlatma

F.Mehrəliyev məktəbdə işlədiyi dövrdə və daha sonra sosial şəbəkələrdə və mətbuata açıqlamasında orta məktəbdə müəllimlərdən rüşvət istənildiyini bildirib.

«Hamımız bilirik ki, məktəblərdə aylıq pullar yığılır. Bu pullar direktora verilir, o da pulu yuxarılara ötürür. Məndən tələb olunan pulu vermədim. Ondan sonra mənə təzyiqlər başladı», - müəllim deyir.

F.Mehrəliyev bir müddət sonra polis idarəsinə çağırılıb və Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına aparılıb. 27 gündən sonra «kəskin paranoid» diaqnozu ilə oradan çıxıb.

F.Mehrəliyev xəstə olmadığını, sifarişlə xəstəxanaya yönləndirildiyini bildirir. Bu diaqnozdan sonra məktəbdəki həmkarlarının iştirakı ilə iclas keçirilib və işdən çıxarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG