Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Qəbir yerləri pulsuz olacaq, başdaşı isə...


Maştağa məzarlığında yer qıtlığı
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Maştağa məzarlığında yer qıtlığı. 2013

Azərbaycanda «Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları» təsdiqlənib.

Bu sənədə əsasən, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

Terrorçuların dəfn yeri açıqlanmayacaq

Qaydalara görə, Azərbaycanda terrorçuların cənazələri qohumlarına verilməyəcək, dəfn yeri açıqlanmayacaq.

Kimsəsiz şəxslərin, terror aktı iştirakçılarının, ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən ödəniləcək.

Qəbir yeri pulsuz olacaq

Sənəddə Azərbaycanda qəbir yerlərinin ayrılmasının ödənişsiz olacağı vurğulanır. Həmçinin, qəbir yerlərinin ayrılması proseduru müəyyənləşir.

Sənəddə vurğulanır ki, başdaşının hündürlüyü 1 metrdən və eni 0.6 metrdən artıq olmamaqla, eni 0.6 metr və hündürlüyü 0.25 metr olan altlıq üstündə quraşdırılmalıdır.

Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0.2 metrə, uzunluğu 1.2 metrə və eni 0.6 metrə qədər olmalıdır.

Hər kəsə 5 kvadratmetr yer

Qaydalarda deyilir ki, Azərbaycanda dəfn üçün hər bir qəbirə 5 kvadratmetr sahə ayrılacaq.

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə 0.24 hektar hesabı ilə müəyyən ediləcək.

Artıq bir neçə ildir ki, qəbiristanlıq təsərrüfatlarının icra hakimiyyəti yoxsa, bələdiyyələr tərəfindən idarə olunması müzakirə obyekti idi.

«Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları» qəbul olunana qədər Bakıda qəbiristanlıqlar Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan Qəbiristanlıqlar Trestinin sərəncamında idi.

Multimedia

XS
SM
MD
LG