Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:39

Putinə, Rusiyaya pis baxırlar


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putinin ölkəsini yenidən dünyanın güclü dövlətinə çevirmək cəhdləri azacıq da olsa, bəhrə verməkdədir. “Pew” araşdırma mərkəzinin 25 ölkədə keçirdiyi rəy sorğusunda bir fikir üstünlük təşkil edib – Rusiya on il öncəyə baxanda beynəlxalq məsələlərdə daha vacib rol oynayır. Amma bu heç də Rusiyaya münasibətin yaxşılaşması anlamına gəlmir. Elə eyni sorğu Putin və Rusiya Federasiyasına münasibətin əsasən mənfi olduğunu üzə çıxarıb.

Qlobal miqyasda, ortalama 34% Rusiyaya xoş münasibətini dilə gətirib. 26% isə Putinin dünya məsələlərində düzgün olanı etdiyinə inanır.

DÖRD ÖLKƏDƏN İSTİ MÜNASİBƏT

Yalnız dörd ölkədə – Filippində, Tunisdə, Cənubi Koreyada və Yunanıstanda rəyi soruşulanların azı yarısı Rusiyaya müsbət yanaşır. Şimali Amerika və Avropanın əksər hissəsində isə münasibət mənfidir. Elə Putinə yanaşma da oxşardır. Yalnız Filippin və Tunisdə sorğuya qatılanların yarıdan çoxu Rusiya liderinə inamını dilə gətirib.

Vladimir Putin (solda) və Moldova Prezidenti Igor Dodon
Vladimir Putin (solda) və Moldova Prezidenti Igor Dodon

Amma çoxları Rusiyanın beynəlxalq əhəmiyyətinin artdığını düşünür. Hər 10 nəfərdən dördü (42%) inanır ki, Rusiya 10 il öncəyə baxanda hazırda dünyada daha vacib rol oynayır. 28% Rusiyanın mövqeyini saxladığını, 19% isə Moskvanın nüfuzunun zəiflədiyini düşünür.

Rusiyanın dünya işlərində nüfuzunun güclənməsi daha çox Avropada, Şimali Amerikada və Yaxın Şərqdə hiss olunur, nəinki Asiya-Sakit Okean regionunda, Latın Amerikasında və Saharaaltı Afrikada.

Sorğu keçirilən ölkələrdən Yunanıstan və İsraildə Rusiyanın qlobal çəkisinin artdığını daha çox düşünürlər.

25 ölkədən 16-da Rusiyaya isti yanaşmırlar. Yalnız dörd ölkədə respondentlərin azı yarısı Rusiyaya müsbət baxdığını söyləyib: Filippində (63%), Tunisdə (55%), Cənubi Koreyada (53%), Yunanıstanda (52%).

Avropa və Şimali Amerikada Rusiyaya yanaşma özəlliklə mənfidir. Avropanın 10 ölkəsində ortalama 27%, Birləşmiş Ştatlarda isə yalnız 21% Rusiyaya xoş münasibət bəslədiyini deyib.

Sorğu bu ilin mayın 14-dən avqustun 12-dək 26 mindən çox respondent arasında keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG