Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:53

'Televiziyalar əxlaqsızlıq yayır' — A.Abbas


A.Abbas

Deputat Aqil Abbas dekabrın 7-də Milli Məclisin iclasında özəl televiziyaları tənqid edib. Onları əxlaqsızlıq yaymaqda ittiham edib. Bu haqda xəbəri «Report» yayıb.

O, Azərbaycan Dövlət Televiziyası, «Mədəniyyət» kanalı və İctimai Televiziya istisna olmaqla, yerdə qalan televiziyaların fəaliyyətini mənfi qiymətləndirdiyini söyləyib.

A.Abbas televiziyaların cəzalandırılmasını təklif edib: «Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. - bütün müzakirələr bunlardır. Mətbuat Şurasının «qara siyahı»sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur».

Deputat Mətbuat Şurası kimi, Milli Televiziya və Radio Şurasında da belə bir siyahı hazırlanmalı olduğunu təklif edib.

«Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa, Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?», - deputat söyləyib.

Deputat G.Baxşəliyeva bu günlərdə Azərbaycanda rus bölməsində oxuyanların sayının ildən ilə artmasından narazılığını ifadə etmişdi.

Multimedia

XS
SM
MD
LG