Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 20:51

Jurnalistə ittihamın məzmunu dəyişdirilib


A.Məmmədov

Criminal.az saytının baş redaktoru Anar Məmmədov bu gün, dekabrın 6-da Bakı Şəhər Prokurorluğunda olub.

Turan-ın məlumatına görə, jurnalistə qarşı yeni məzmunda ittiham irəli sürülüb. İttiham maddələri eyni qalıb, ancaq «qrup halında cinayət» ifadəsi ittihamdan çıxarılıb.

Baş Prokurorluq Gəncə hadisələri zamanı A.Məmmədovun baş redaktoru olduğu criminal.az saytı barəsində cinayət işi açıldığını bildirmişdi.

Noyabrın 30-da A.Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilib.

Hazırda A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır. Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən criminal.az-ın girişinə məhdudiyyət qoyulmuşdu.

A.Məmmədov ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG