Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 19:37

Özünü doğramaqla hədələyən məktəbli polisə təhvil verilib


Hadisə yeri

Dekabrın 6-da Moskvanın orta məktəblərindən birində 16 yaşlı şagird məktəbə bıçaq gətirib, özünü doğramaqla hədələyib. Müəllimlər və şagirdlər məktəbdən çıxarılıb.

Moskva polisi insidentin 1359 saylı məktəbdə baş verdiyini bildirir. 10-cu sinif şagirdi artıq polisə təhvil verilib.

Şəhərin meri Sergei Sobyanin Twitter-də yazıb ki, psixoloqlar “hazırda oğlanla işləyirlər”.

Oğlan o biri uşaqlardan təcrid olunub. O, heç kəsə zərər vurmayıb”, – Sobyanin yazıb.

Son dövrlər Rusiya məktəblərində və ilhaq olunmuş Krımda zorakı insidentlər tez-tez baş verir. Oktyabrda Krımın Kerç şəhərində 18 yaşlı tələbə texniki kollecdə 20 nəfəri öldürüb, onlarla adamı yaralayıb.

Yanvarda Sibirin Buryatiya regionunda doqquzuncu sinif şagirdi məktəbə balta və başqa silahlar aparmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG