Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:48

Avropa Məhkəməsi S.Həziyə görə hökuməti cərimələdi


S.Həzi
S.Həzi

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da «Azadlıq» qəzetinin siyasi şərhçisi Seymur Həzi ilə bağlı qərarını elan edib.

Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Xatırlatma

«Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələri, «Azərbaycan saatı» proqramındakı çıxışlarıyla əlaqələndirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG