Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 20:17

Yəmən sülh danışıqları başlanır


Yəməndə məcburi köşkün uşaq

Son iki ildə ilk dəfə olaraq BMT Yəməndə müharibəni bitirmək üçün sülh danışıqlarının yeni raundunu başladır.

Xüsusi elçi Martin Griffiths dekabrın 6-da İsveçdə müharibə tərəflərinin iştitakıyla görüşə ev sahibliyi edəcək.

İndiyədək BMT danışıqların bir neçə raundunu təşkil etsə də, davamlı həll əldə olunmayıb.

2014-cü ildən bəri Yəməndə münaqişədə on minlərlə adam həlak olub, ölkə aclıq həddinə yaxınlaşıb.

BMT rəsmilərinin təklif etdiyi sülh planı Səudiyyənin rəhbərlik etdiyi koalisiya ilə İrana bağlı husi yaraqlıları arasında atəşkəsə çağırır.

Planda həmçinin keçid hökumətinin formalaşdırılması təklifi yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG