Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 19:32

NATO rəhbəri Kosovoya xəbərdarlıq edir


Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg Kosovonun yüngül silahlanmış təhlükəsizlik qüvvəsini milli orduya çevrimək planından narahatlığını bildirib, bunu “pis vaxta salınmış” addım adlandırıb.

Stoltenberg bu haqda dekabrın 5-də hərbi alyansın xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında danışıb.

Səkkiz gün sonra Kosovo parlamenti nizami ordunun yaradılmasını səsverməyə çıxaracaq. Serbiyanın baş naziri isə xəbərdarlıq edib ki, bu addım Serbiyanın keçmiş vilayətinə silahlı müdaxiləsinə yol aça bilər.

Belqrad və Kosovonun şimalında yaşayan etnik serblər Kosovo ordusunun yarnmasının əleyhinə çıxırlar, bunun BMT qətnamələrini pozacağını, ölkənin serb azlığına qarşı istifadə olunacağını deyirlər.

Priştina rəsmiləri isə bu iddiaları rədd edir.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyin elan edib. Onu 110-dan artıq ölkə tanısa da, Serbiya bundan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG