Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 21:18

Rusiya yeni lazer silahını təqdim edir


Rusiyanın lazer silahı, arxiv fotosu

Rusiyanın Müdafiə Nazirliyi yeni lazer silahları sistemini təqdim edib. Bu, qabaqcıl hücum sistemlərindən sonuncudur.

Dekabrın 5-də nazirliyin Twitter səhifəsində yayılmış videoda Peresvet sisteminin anqardan çıxarılıb sərgiləndiyi görünür.

Martın 1-də Prezidenti Vladimir Putin illik müraciətində ordunun hazırladığı bir sıra qabaqcıl silahları göstərib. Sərgilənənlər sırasında lazer sistemi, sualtı nüvə enerjili dron, nüvə enerjili qanadlı raket də var idi.

Lazer silahları üzrə ciddi irəliləyiş əldə etmişik. Bu, sadəcə konsepsiya, yaxud plan deyil. Hətta ilkin hazırlanma mərhələsində də deyil. Ötən ildən əsgərlərimiz lazer silahları ilə silahlanıb”, – Putin demişdi.

Lazer sisteminin işlək olub-olmadığı bəlli deyil.

Avqustda ABŞ mediası ölkə kəşfiyyatına istinadla yazmışdı ki, nüvə enerjili raket Barents dənizində sınaq uçuşunda qəzaya düşüb və xilasedicilər onu tapmağa çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG