Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:56

Azərbaycan-ABŞ hərbi məsləhətləşmələri


Hərbi məsləhətləşmələr

Bu gün, dekabrın 5-də Bakıda Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanı məsləhətləşmələrdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Müzakirələrdə ABŞ tərəfindən bu ölkənin müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparıldığı bildirilir.

L.Kuper Əfqanıstanda keçirilən «Qətiyyətli Dəstək» missiyasında Azərbaycandan olan sülhməramlıların nümunəvi xidmətini xüsusi qeyd etdiyi deyilir.

Görüşdə regiondakı vəziyyətin də diqqət mərkəzində olduğu vurğulanır.

L.Kuper və başçılıq etdiyi nümayəndə heyəti ötən gün Azərbaycanın dövlət başçısı İlham Əliyevlə də görüşmüşdü.

Multimedia

XS
SM
MD
LG