Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Ölü donordan köçürülmüş uşaqlıqdan sağlam körpə doğulub


Ana və körpəsi, arxiv fotosu
Ana və körpəsi, arxiv fotosu

Ölü donordan uşaqlıq köçürülmüş ana sap-sağlam körpə dünyaya gətirib. Tədqiqatçılar bu tibbi yenilik barədə bu gün – dekabrın 5-də məlumat veriblər.

Sözügedən əməliyyat 2016-cı ilin sentyabrında Braziliyanın Sao Paulo şəhərində aparılıb. “The Lancet” dərgisində dərc olunmuş araşdırmaya əsasən, əməliyyat göstərib ki, belə transplant mümkündür və uşaqlıq problemlərinə görə övladları olmayan minlərlə qadına kömək edə bilər.

500 QADINDAN BİRİNDƏ UŞAQLIQ PROBLEMİ OLUR

Qadının qız övladını 2017-ci ilin dekabrında dünyaya gətirdiyi bildirilir.

İndiyədək uşaqlıq sonsuzluğu problem olan qadınlar ya övladlığa uşaq götürür, ya da surroqat ananın xidmətlərindən istifadə edirdilər.

Canlı donordan köçürülmüş uşaqlıqdan ilk körpə 2014-cü ildə İsveçdə dünyaya gətirilib və o vaxtdan bu yolla daha 10 uşaq doğulub.

Ancaq daha çox qadının transplanta ehtiyacı olduğundan həkimlər ölü donordan uşaqlığın istifadəsi imkanlarını araşdırıblar.

İndiyədək Birləşmiş Ştatlar, Çexiya və Türkiyədə 10 oxşar cəhd edilib.

Cütlüklərin 10-15 faizi sonsuzluqdan əziyyət çəkir. Hər 500 qadından birinin isə uşaqlıq problemləri olur, hamilə qala, yaxud hamiləliyi sonadək sürdürə bilmirlər.

Xoşbəxt ailə tablosu
Xoşbəxt ailə tablosu

Sao Paulo Universitetində tədris xəstəxanasının həkimi Dani Ejzenberg bu proseduru “tibbi dönüş nöqtəsi” adlandırıb.

Öləndən sonra orqanlarını bəxş eləmək istəyənlərin sayı canlı donorlardan qat-qat çoxdur və bu daha geniş potensial donor əhli deməkdir”, – o, bəyanatında deyib.

ƏMƏLİYYAT 10 SAAT ÇƏKİB

32 yaşlı ana anadangəlmə uşaqlıqsız doğulubmuş. Bu, nadir sindrom sayılır.

Transplantasiyaya dörd ay qalmış qadın üçün kənar dölləndirmə aparılıb, yeddi mayalanmış yumurta hüceyrəsi dondurularaq saxlanılıb.

45 yaşlı donor isə iflicdən dünyasını dəyişib.

Onun uşaqlığının çıxarılaraq xəstəyə köçürülməsi 10 saat çəkib.

Qadının bədəninin yeni orqanı rədd etməsini önləməkdən ötrü ona beş müxtəlif dərman verilib. Ancaq beş ay keçəndən sonra heç bir rəddolunma müşahidə olunmayıb, ultrasəs müayinələri normal keçib, qadın mütəmadi aybaşı olmağa başlayıb.

Mayalanmış yumurta hüceyrələr yeddi aydan sonra bədənə köçürülüb. On gündən sonra həkimlər ona hamilə olması xəbərini çatdırıblar.

36 həftədən sonra 2,5 kiloqramlıq qız övladı qeysəriyyə kəsiyi ilə dünyaya gətirilib.

Transplantasiya olunmuş uşaqlıq qeysəriyyə kəsiyi ilə bədəndən çıxarılıb və ana dərman qəbul etmə prosesini dayandırıb.

Körpənin yeddi ay və 12 günlüyündə ana südüylə qidalandığı, çəkisinin 7,2 kiloqram olduğu xəbər verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG