Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:20

Keçmiş prezident Bush bu gün dəfn olunur


Mərhum prezident George Bush

Dekabrın 5-də Vaşinqtonun böyük hissəsi keçmiş prezident George Bush-un anım mərasiminə görə bağlanıb. O, noyabrın 30-da 94 yaşında dünyasını dəyişib.

Bush-un dövlət dəfn mərasimi bu gün Vaşinqton Dövlət Kilsəsində keçiriləcək, televiziyayla canlı yayımlanacaq.

Mərhum prezidentin oğlu, Birləşmiş Ştatların 43-cü prezidenti George W. Bush mərasimdə çıxış edəcək. Keçmiş prezidentlər Jimmy Carter, Bill Clinton Barack Obama-nın da həyat yoldaşları ilə tədbirə qatılacaqları gözlənir.

Prezident Donald Trump birinci ledi Melania ilə dəfn mərasimində iştirakı planlaşdırsa da, çıxış etməyəcək. Trump əvvəllər Bush ailəsini məsxərəyə qoymasıyla seçilib. 1973-cü ildən bəri ilk dəfədir ki, vəzifədə olan prezident mərhum prezidentin dəfnində çıxış eləmir.

Vaşinqtonda vaxtıyla səhər 11-də başlayacaq tədbirdən sonra Bush-un cənazəsi Hyustona qaytarılacaq, apreldə dünyasını dəyişmiş həyat yoldaşı Barbara və 1953-cü ildə 3 yaşında xəstəlikdən vəfat etmiş qızı Robinin yanında basdırılacaq.

XS
SM
MD
LG