Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Nə üçün ərəb dünyasında qadın kinorejissor daha çoxdur?


Fələstin kinorejissoru Annemarie Jacir
Fələstin kinorejissoru Annemarie Jacir

ABŞ-da kinorejissorların 5 faizə qədəri qadındır. Avropada bu göstərici 12 faizdir. Fələstin və Livanda isə 50 faizə yaxın!

Birləşmiş Ərərb Əmirliklərinin The National incəsənət saytı yazır ki, Ərəb dünyasının ən yaxşı kinorejissorlarından beşi – Annemarie Jacir, Mai Masri, Hala Khalil, Kaouther Ben Hania və Sofia Djama 40-cı Qahirə Beynəlxalq Film Festivalının palatasında ərəb qadın kinorejissorların öz qərbli həmkarları üzərindəki üstünlüklərini müzakirə ediblər.

“Biz qadın olduğumuza görə uğur qazana bilmirik”. “Vacib” (“Wajib”) filminin rejissoru Annemarie Jacir bu fikirlə razılaşmır: “Məncə, bu qətiyyən doğru deyil. Biz kiçik bir qrupuq”.

Jacir müzakirənin mövzusunun qoyuluşuna da etiraz edib: “Mənə elə gəlir ki, mövzuda bizim öz işimizə görə deyil, qadın olduğumuza görə uğurlu olmağımıza eyham var”.

Ancaq o həm də deyib ki, regionda qadın kinorejissorlar “işi görsən də, görməsən də lənətlisən” durumundadırlar.

Bu qadınlar öz işlərinə görə ərəb dünyasının ən yaxşı rejissorlarındandır. Əlcəzairli kinorejissor Sofia Djama-nın debüt filmi olan “Mübarəklər”-in (Les Bienheureux) premyerası 2017-ci ildə Venesiya kinofestivalında olub.

Jacir-in “Bu dənizin duzu” (Salt of this Sea), “Mən səni görəndə” (When I Saw You) və “Vacib” (Wajib) filmləri Berlin, Kann və Lokarno kinofestivallarında nümayiş etdirilib. Tunisli kinorejissor Kaouther Ben Hania-nın “Gözəl və köpəklər” filmi Kann kinofestivalının rəsmi seçimləri arasında olub. Sənədli film rejissoru fələstinli Mai Masri özünün “3000 gecə” (3000 Nights) adlı ilk tammetrajlı bədii filmini 2015-ci ildə çəkib. Film 80-dən artıq festivalda nümayiş olunub.

YAXŞI ARVAD VƏ ANA OLMAQ

Misirli rejissor Hala Khalil öz qısa filmləri ilə dünyanın hər yerini gəzib. O da Jacir-in arqumenti ilə razılaşıb: “Şadam ki, biz bu gün bu palata müzakirəsini bu mövzuda keçiririk, ancaq ümid edirəm gələcəkdə buna ehtiyac olmaz”, – o deyib.

Khalil iddia edib ki, müzakirəni zəruri edən qadınların uğurunun kişilərlə müqayisəsi deyil. Əslində, ərəb qadın kinorejissorların bu sahəyə daxil olmaq istəyən, ancaq ictimai, mədəni və iqtisadi çətinliklərlə üzləşən digər qadınlara nümunə modeli ola biləcəkləri haqda danışmasına ehtiyac var.

“Biz ərəb ailələrində qızlara verilən tərbiyəni dəyişməliyik. Biz qadınları güclü və müstəqil olmaq üçün yox, yaxşı arvad və ana olmaq üçün yetişdiririk”, – o deyib.

Hania deyib ki, bu növ tərbiyə rejissor olmağa kömək etmir. “Yadımdadır ki, mən ilk qısa filmimi çəkəndə mənə çox çətin idi, çünki hamını razı salmaq istəyən insan kimi böyüdülmüşdüm. Ancaq kino çəkilişi kontekstində hamını razı salmağa çalışırsansa, filmin olmayacaq. Mən də bunu etməyin yolunu tapmalı oldum, bu isə daha sərt, patriarxal diktator kimi hərəkət etməyimlə nəticələndi”, - o deyib.

PATRİARXAL XÜRAFAT

Masri ərəb qadınlarının uğurunun möhtəşəm görünə biləcəyini dünyanın qalan yerlərində bu sahədə ciddi problemlərin yaşanması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu, özəlliklə Hollivud və Avropada belədir.

Jacir isə Fələstin, İordaniya, Livan, Əlcəzair, Tunisdə kinorejissorlar arasında daha çox gender balansının müşahidə olunmasını bu ölkələrdə bu sahənin Hindistan, Misir, ABŞ və Avropaya nisbətən yeni olması ilə əlaqələndirib.

Onun sözlərinə görə, bu ölkələrdə on illərlə patriarxal xürafat formalaşıb və bu şəxsən onun daha az mübarizə aparmasına və misirli həmkarı Khalillə müqayisədə üstünlüyə malik olmasına yol açıb.

“Bu o demək deyil ki, bizim patriarxallıqla problemimiz yoxdur. Üstəlik, öhdəsindən gəlməli olduğumuz çoxlu problemlər var. Ancaq film çəkməyə gələndə, bəlkə də bizim bu məsələdə üstünlüyümüz var”, – deyə o öz fikrini izah edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG