Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Britaniyanın Brexit-dən geri çəkilmək ‘seçimi də var’


Baş prokuror Manuel Campos Sanchez-Bordona
Baş prokuror Manuel Campos Sanchez-Bordona

Avropa Birliyi baş məhkəməsinin müşaviri Brexit-dən dönmə məsələsinə rəyini bildirib, Britaniyanın birtərəfli şəkildə qurumdan çıxmamaq qərarı verməsinin mümkün olduğunu deyib.

Baş prokuror Manuel Campos Sanchez-Bordona dekabrın 4-də öz rəyini açıqlayıb. Qeyd edək ki, Britaniya parlamentində Brexit sazişinə gözlənən səsvermə öncəsi bu məsələ diqqətlə izlənir. Sazişi Brüssellə baş nazir Theresa May hökuməti əldə edib.

Sanchez-Bordona Avropa Ədalət Məhkəməsinə hüquqi rəylər təqdim edən 11 prokurordan biridir. Məhkəmə adətən, onların hüquqi məsləhətinə əməl edir.

QƏRARDAN DÖNMƏK FİKİRLƏRİ YOXDUR

Bu məsələni ilk dəfə Şotlandiya məhkəmələri qarşısında deputatlar qaldırıb. Onlar Britaniyanın belə bir seçimi olub-olmamasını bilmək istəyiblər. Brexit referendumundan sonra AB sazişinin 50-ci maddəsi işə düşüb, yəni Britaniyanın gələn il martın 29-da AB-dən çıxmasından ötrü iki illik gerisayım başlanıb.

Theresa May parlamentdə, arxiv fotosu
Theresa May parlamentdə, arxiv fotosu

Məsələ oktyabrın əvvəlində Avropa Məhkəməsi qarşısında qaldırılıb və məhkəmə də Brexit-dən öncə qərar qəbulundan ötrü prosedurlara başlayıb.

May hökuməti bildirir ki, bu məsələ fərziyyəyə əsaslanır, çünki Brexit qərarından dönmək fikirləri yoxdur.

Məsələni qaldıranlar isə iddia edirlər ki, deputatlar Brexit sazişinə səsvermədən öncə bütün variantlardan xəbərdar olmalıdırlar.

May dekabrın 4-də parlamentdə AB ilə razılaşdırılmış saziş barədə çıxış etməlidir. Bununla beşgünlük müzakirə başlanır və dekabrın 11-də saziş müzakirəyə çıxarılır.

Sənəd keçməzsə, Britaniya martın 29-da AB-dən “sazişsiz” çıxa, May və hökuməti hakimiyyətdən gedə bilər.

İndi bu hüquqi məsləhət də May hökumətini deputatlarla üz-üzə qoyacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG