Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

SpaceX orbitə 64 kiçik peyk buraxıb


Falcon 9 raketi
Falcon 9 raketi

Birləşmiş Ştatların özəl kosmik şirkəti olan SpaceX orbitə 64 kiçik peyk buraxıb. Bu zaman iki dəfə işlənmiş pillədən istifadə edilib.

Falcon 9 raketi dekabrın 3-də Vandenberg Hava Qüvvələri Bazasından qalxıb, Sakit Okeanı üzərində ikinci pilləsini və 64 peyki orbitə buraxıb.

Birinci pillə isə “geriyə təkan manevri” edərək Yerə qayıdıb, Sakit Okeanda gəmiyə enib.

Uçuşun videosu yayılıb.

SpaceX ilk dəfə olaraq birinci pilləni üçüncü dəfə işlədib. SpaceX-in qurucusu Elon Musk-ın əsas məqsədlərindən biri raketlərdən təkrar istifadədir.

Raketdəki peyklər 17 ölkədə 34 təşkilatdan alınıb.

SpaceX daha bir eksperiment edib. Okean gəmisinin üzərində nəhəng tor quraraq raketin aerodinamik müqavimət sipərini tutmaq istəyib.

Orbitə atılan sipər geri – Yerə qayıdıb, amma onun paraşütlərlə dolu iki hissəsi tora deyil, suya düşüb.

XS
SM
MD
LG