Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:42

MKİ direktoru Senatda jurnalistin qətlindən danışacaq


Türkiyədə Jamal Khashoggi-nin simvolik dəfn mərasimi, arxiv fotosu
Türkiyədə Jamal Khashoggi-nin simvolik dəfn mərasimi, arxiv fotosu

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ, ingiliscə- CIA) direktoru ilk dəfə olaraq aparıcı senatorlara səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlilə bağlı birbaşa məlumat verəcək.

Gina Haspel-in Senat liderləri ilə dekabrın 4-də görüşəcəyi gözlənir. Bundan öncə konqresmenlər onun jurnalistin ölümünə dair qapalı iclasa gəlməməsindən, həmçinin Prezident Donald Trump administrasiyasının məsələyə reaksiyasından qəzəblərini ifadə etmişdilər.

Gina Haspel
Gina Haspel

Haspel Senatın respublikaçı və demokrat liderləri, əsas milli təhlükəsizlik komitələrinin sədrləri və aparıcı senatorları ilə bir araya gələcək.

Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.

“The New York Times” və “Wall Street Journal”ın son günlər yaydıqları məxfi informasiyalarda Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-ın jurnalisti qətlə yetirmiş dəstəyə birbaşa bağlılığı iddia olunur.

Senatorlar Səudiyyənin cəzalandırılmasına çalışırlar, Birləşmiş Ştatların ər-Riyadın Yəməndəki müharibəsinə dəstəyini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

“The Washington Post ”un köşə yazarı olmuş Khashoggi Səudiyyə isteblişmentinin tənqidçisi idi.

Səudiyyə əvvəlcə jurnalistin itkin düşməsindən xəbəri olmadığı bildirdi. Bir neçə gündən sonra onun konsulluqda özbaşına dəstə tərəfindən qətlə yetirildiyi, bununla əlaqədar Səudiyyədə həbslər aparıldığı açıqlandı. Saxlananların bir neçəsinə ölüm cəzası istənilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG