Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:27

Qidadan yox, dəm qazından zəhərləniblər


Qaz

Qida Təhlükəsizliyi Agentliyi dekabrın 1-də bir azyaşlının həyatını itirməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsinin səbəbi haqda açıqlama yayıb. Hadisə Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Ağayev küçəsi, ev 28/1 ünvanda baş verib.

Açıqlamada deyilir ki, hadisəyə səbəb yerli KİV-lərin yazdığı kimi, qida zəhərlənməsi yox, dəm qazıdır. Rəsmi qurum Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırmaya, həmçinin zərərçəkənlərdən götürülmüş analizlərin nəticəsinə istinad edir.

«Kliniki Tibb Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizə edildikləri məlum olub», - açıqlamada qeyd olunur.

Zərərçəkənlərdən götürülmüş qan nümunələrində dəm qazının miqdarının normadan artıq olduğu və zəhərlənmənin dəm qazından baş verdiyinin təsdiqini tapdığı bildirilir.

Sosial şəbəkə və saytlarda ailənin yedikləri toyuqdan zəhərlənmələri haqda ehtimallar səslənirdi.

Multimedia

XS
SM
MD
LG