Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Rusiya ukraynalı dənizçilərə ittiham irəli sürüb


Azov dənizindəki Mariupol limanında tanklar
Azov dənizindəki Mariupol limanında tanklar

Rusiyanın ötən ay saxladığı ukraynalı dənizçilərə “sərhədi qanunsuz keçmə” ittihamı irəli sürülüb. Bunu dənizçilərdən birinin vəkili təsdiqləyib. Rusiya noyabrın 25-də Qara dənizdən Azov dənizinə keçən 24 dənizçi ilə birlikdə üç gəmini saxlayıb.

Gəmilər iki dənizi birləşdirən Kerç boğazını keçməyə çalışarkən Rusiya tərəf onlara atəş açıb.

Daha bir dənizçinin vəkili Dzhemil Temishev noyabrın 29-da demişdi ki, dənizçilərdən 21-i Rusiyanın ilhaq etdiyi Krımdan Moskvadakı Lefortovo təcridxanasına aparılıb.

Rusiya hakimiyyəti insident zamanı yaralanmış üç dənizinin başqa bir təcridxanada müalicə olunduğunu bildirib.

“ŞİKAYƏTLƏRİ YOXDUR”

Rusiyanın İnsan Haqları Komissarı Tatyana Moskalkova-nın dekabrın 3-də bildirməsinə görə, dənizçilərə ərzaq, “geyim və başqa gərəkənlər”, eyni zamanda hüquqi yardım göstərilir.

FSB-nin saxladığı ukraynalı dənizçilər
FSB-nin saxladığı ukraynalı dənizçilər

Moskalkova dekabrın 3-də Rossiya 24 televiziyasına deyib ki, insan haqları müdafiəçiləri “dənizçilərə baş çəkib, hər biriylə söhbət edib”. O, saxlananların “saxlanma şəraiti və tibbi yardımdan heç bir şikayəri olmadığını”, vəkillərin müştəriləri ilə görüşə bildiyini vurğulayıb.

Bu insident Kiyevlə Moskva arasında gərginliyi artırıb. Ukrayna Prezidenti Petro Poroshenko Rusiyayla həmsərhəd bəzi regionlarda 30 günlük hərbi vəziyyət elan edib.

Tərəflər bir-birini provokasiyada ittiham edib. Ancaq Kiyev bildirir ki, Rusiya Kerç boğazını Ukraynadan komemrsiya nəqliyyatının üzünə bağlayır.

Qərb liderləri, Böyük Yeddilik daxil olmaqla, Rusiyanı ukraynalı dənizçiləri buraxmağa, gəmiləri Kiyevə qaytarmağa çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG