Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 17:36

Etirazçılar Parisdə onlarla avtomobili yandırıb, mağaza və şəxsi evləri qarət ediblər


Parisdə etiraz aksiyası
Parisdə etiraz aksiyası

Fransada təcili yardım maşınlarının sürücüləri də dekabrın 3-də ümummilli etirazlara qoşulublar.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, Fransa boyu dizel yanacağına verginin artırılması və bahalaşmaya qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Prezident Emmanuel Macron dekabrın 2-də baş nazirə siyasi liderlər və etirazçılarla danışıqlar aparmağa göstəriş verib.

Dekabrın 2-dən 3-ə keçən gecə Parisdə yenidən aksiyaçılarla polis arasında toqquşmalar olub.

Etirazçılar şəhərin ən varlı məhəllələrinə axışaraq onlarla avtomobili yandırıb, butiklər, şəxsi evlər və kafeləri qarət ediblər.

“Onlar axşam saat 4-5 radələrində mənim aptekimi qarət ediblər. Həmin vaxt mən artıq getmişdim, amma gərək qalaydım. Bu Fransanın imici üçün çox pis haldır. Bu gözəl ölkədir, amma dövlət bizi müdafiə etməlidir.” İman Bodine adlı aptek sahibi​ deyir.

Polisin məlumatına görə, dünənki aksiyalarda 400-dən çox aksiyaçı saxlanıb, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil omaqla 130-dan çox adamsa xəsarət alıb.

Məlumata görə bu dəfə sarı gödəkçəli etirazçılara qara maskalı adamlar da qoşulub və qarətləri də onlar ediblər.

“Mən ikinci gün prezidentin vəd etdiyi bəyanatı gözləyirdim, amma o, konkret heç nə təklif etmədi, yalnız məruzə oxudu.Ona görə də dinc nümayişə çıxıram. Mən bu xüliqanları dəstəkləmirəm və bura, ətrafdakı hər şeyi dağıtmaq üçün gəlməmişəm. Küçələrin bağlanması əlbəttə ki, nümayişə görədir, amma qarət olmamalıdır. Polisə də dedim ki, bu vandallar sarı gödəkçəlilər deyillər”, fəal Majali Sebaq

Hüquq-mühafizə orqanları hesab edirlər ki, qarətçilər etirazçılara qarışmış bir neçə yüz qatı sağçı və qatı solçu ekstrmemistlərdir.

Daxili işlər naziri Kristof Kastaner deyib ki, o dinc aksiyalara hörmətlə yanaşır. Amma nazir fəalları manipulyasiyaya uymamağa, özlərini və Fransanın tarixi irsini qorumağa çağırıb.

İstirahət günləri baş verənlər son 13 ildə Parisdə ən ciddi hərc-mərclik sayılır.

XS
SM
MD
LG