Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:11

Qətər OPEK-dən çıxacağını deyir


Saad Sherida al-Kaabi
Saad Sherida al-Kaabi

Qətər bu ilin sonunda Neft İxracatçısı Ölkələrin Təşkilatından (OPEK) çıxacaq. Bunu ölkənin enerji naziri Saad Sherida al-Kaabi deyib.

Kaabi dekabrın 3-də paytaxt Dohada mətbuat konfransında bildirib ki, bu addım 2019-cu ilin yanvarından qüvvəyə minəcək.

Nazirin deməsinə görə, OPEK-ə bu barədə elə bu gün məlumat verilib.

Kaabi deyib ki, Qətər mayeləşdirilmiş təbii qaz ixracını ildə 77 milyon tondan 110 milyon tona qaldıracaq.

Onun sözlərinə görə, Qətər neft hasilatını günə 4,8 milyon barreldən 6,5 milyon barrelə qaldırmaq istəyir.

QƏTƏRİN ROLUNA YENİDƏN BAXILIR

Qətərin dünyada etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirməkdən ötrü biz ölkənin beynəlxalq enerji səhnəsindəki roluna və töhfəsinə yenidən baxmaq üçün addımlar atmalıydıq”, – Kaabi deyib.

OPEK-in loqosu
OPEK-in loqosu

Vyanada mənzillənən OPEK-dən bu deyilənlərə, hələlik, münasibət açıqlanmayıb.

Dekabrın 1-də Səudiyyə Ərəbistanı və OPEK-in üzvü olan Rusiya elan ediblər ki, neft hasilatını məhdudlaşdırmaq üzrə razılaşmanı yeniləyiblər.

Mövcud saziş bu ilin sonunda bitirdi, həmin sazişə görə, OPEK və qeyri üzv neft hasilatçıları hasilatı azaldıblar.

OPEK-ə 15 ölkə daxildir və dünyada neft hasilatının 44 faizini əhatələyir. Bu ölkələrdə dünyanın təsdiqlənmiş neft ehtiyatlarının 81 faizi yerləşir.

Qətərlə Səudiyyə arasında regional nüfuz uğrunda rəqabət var.

2017-ci ilin iyununda Səudiyyə rəhbərlik etdiyi koalisiya- Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsiblər. Onlar Dohanın terrorçuluğu maliyyələşdirdiyini bildiriblər.

Qətərdən tələb olunur ki, İranla diplomatik münasibətləri azaltsın, Türkiyəylə hərbi koordinasiyanı dayandırsın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG