Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

George Bush-un cənazəsi Vaşinqtona gətirilib


George H.W. Bush Pekində, 25 fevral, 1989-cu il
George H.W. Bush Pekində, 25 fevral, 1989-cu il

Dekabrın 3-də Birləşmiş Ştatların mərhum prezidenti ata George Bush-un cənazəsi ictimaiyyətin onunla vidalaşması üçün Hyustondan Vaşinqtona gətirilib.

Keçmiş prezidentin tabutu Kapitoli binasının böyük zalında qoyulacaq.

Noyabrın 30-da Texasda 94 yaşında dünyasını dəyişmiş, Birləşmiş Ştatların 41-ci prezidenti Bush-la vida mərasimi dörd gün –dekabrın 3-dən 5-dək çəkəcək.

Dövlət dəfn mərasimi isə dekabrın 5-də Vaşinqtonda Dövlət Kilsəsində baş tutacaq. Mərasimə xarici qonaqların, ölkənin keçmiş prezidentlərinin və indiki prezident Donald Trump-ın qatılacağı gözlənir.

Vida günləri bitincə o, Hyustonda, həyat yoldaşı və qızının yanında dəfn olunacaq.

ƏSL DOST, GÖRKƏMLİ ŞƏXS

Dünyanın bir çox liderləri 1989-1993-cü illərdə prezidentlik postunda olmuş Bush-un ölümümə görə başsağlığı veriblər.

George Bush (solda) və Mikhail Gorbachev, 1990-cı il
George Bush (solda) və Mikhail Gorbachev, 1990-cı il

Keçmiş Sovet İttifaqının lideri Mikhail Gorbachev deyib ki, Bush “böyük dəyişiklik vaxtı” hakimiyyətdə olub və onunla dostluq “Soyuq Müharibənin və nüvə silahları yarışmasının bitməsinə” töhfəsini verib.

Rusiya Prezidenti Vladimir Putin Bush-u “həyatı boyu ölkəsinə xidmət etmiş görkəmli şəxs” adlandırıb.

Almaniya Kansleri Angela Merkel onu alman xalqının “bizə inam və dəstək göstərmiş əsl dostu” olduğunu deyib.

Trump tivitində yazıb ki, birinci ledi ilə birlikdə Bush-un dünyasını dəyişməsinə görə “yas içində olan xalqın yanındadır”.

1992-ci ildə Bush-a seçkidə qalib gəlmiş keçmiş prezident Bill Clinton onun “böyük xidmət, sevgi və dostluq dolu həyat” yaşadığını vurğulayıb.

Keçmiş prezidentlər içində ən uzun ömür sürmüş Bush Parkinson xəstəliyindən əziyyət çəkirdi.

XS
SM
MD
LG